Dam sistemləri

POIMUKATE metal çerepisası və dam aksessuarları
D-TACK dam germetikası

D-TACK dam germetikası
D-TACK dam germetikası
D-TACK dam germetikası
D-TACK dam germetikası

D-TACK Alman şirkətinin istehsalı olan FLEX-FIRSTFLEX-DICHT dam germetikası, rütubət, qar, toz və küləyin dam altındakı məkana daxil olmasının qarşısını alan etibarlı sipərdir.

D-TACK FLEX-FIRST – hər iki tərəfdən butil rezin əsasında yapışqanlı layı olan büzülmüş alümin zolaqlarla haşiyələnmiş ultrabənövşəyi şüalara davamlı çevik perforasiyalı polivinil lentdir. Çevik PVX-lent konyok altındakı yeri yaxşı örtür, alümin zolaqlar isə, öz büzülmüş forması sayəsində hər hansı dam örtüyünə sıx yatır. Bununla dam örtüklərinin arasındakı boşluqlar hermetizasiya olunur, lakin lent, perforasiyalı olduğuna görə dam altındakı məkanda havanın dəyişməsinə maneə törətmir.
Ölçülər:
Uzunluğu – 5 m., eni – 30 sm.

D-TACK FLEX-DICHT – yapışqanlı butil layı olan bütöv alümin lentdir. Hər hansı istiqamətdə deformasiya edilə bildiyinə görə, dam örtüyünün baca, mansard pəncərə, dama çıxan yer, divar ilə arasında boşluqların etibarlı hermetizasiyasına gözəl yarayır.
Ölçülər:
Uzunluğu – 5 m., eni – 28 sm.