Göstərilən xidmətlər

Qeyd olunduğu kimi, FURQAN şirkətinin fəaliyyətinin məqsədi – istehlakçının qane olmasının konkret maddi dəyərlərə və bu dəyərlərin hazır istismar vəziyyətinə gətirilməsinə, yəni quraşdırılmasına və montajına olan ehtiyacın ödənilməsi kimi iki ən mühüm komponentinin əhatə edilməsinə yönələn təşkilati davranışın strateji modeli çərçivəsində kompleks həllərin təklifidir.

Birinci komponentə, müştərinin nə istədiyinin və istədiyini necə gördüyünün layihələşdirilməsi və bu layihənin şirkətin imkanlarının prizmasından razılaşdırılması daxildir. Bütün mühüm bəndlər üzrə razılıq əldə ediləcəyi təqdirdə işlərin cədvəli tərtib olunur və onların nəticəsində sifariş yerinə yetirilir.

Damın inşası və metal çerepisanın quraşdırılmasına gəldikdə, FURQAN şirkətində aşağıda göstərilən iş sxemi qəbul olunmuşdur.

İşlərin sxemi

Binanın divarlarının bütün perimetri boyu anker boltlarla bərkidilən dam quruluşunun bütün sonrakı konstruksiyasının qurulacağı maurlat adlanan taxta bünövrə qoyulur. Dam örtükləri, köndələn qoyulmuş reykaların formalaşdığı obreşyotkaya biləvasitə bərkidilir. Metal çerepisanın altına yığılan rütubəti dam məkanından kənara xaric edərək onun içəri sızmasının qarşısını alan izolyasiya plyonkası qoyulur. Metal çerepisa təbəqələrinın konyok altında bir-biri ilə və həmçinin divar, baca və damdakı digər obyektlərlə birləşdiyi yerlər özüyapışan sıxlaşdırıcılar və yapışqanlı butil layı olan xüsusi dam lentləri ilə hermetizasiya edilir.

Damın inşası ən keyfiyyətli və müasir materiallar istifadə edilməklə ən yüksək peşəkar səviyyədə həyata keçirilir.

Modul konstruksiyaların variantlarının biri, məsələn, Ekovilla seçildiyi təqdirdə, sifarişçi əslində bu halda daha böyük üstünlük əldə etmiş olur – yaşayış məsələsinin həllini, çünki onun qabağında necə tikdirmək problemi durmur – montajı FURQAN şirkəti öz üzərinə götürür, o təkcə seçim edir – harada tikdirmək…

Bu seçimdən əvvəl də sifarişçinin yaşayış məsələsinin həllinin maddi şəklini alacağı layihə tərtib olunub razılaşdırılır. FURQAN şirkətinin, kataloq üzrə bir-birindən sahə və konfiqurasiyaya görə fərqlənən hazır layihələri var. Həmçinin, müştərinin özünün müəllif olduğu yeni orijinal layihənin təsdiq edilməsi mümkündür.

Şəkildə, modul konstruksiyaların nümunələrindən biri olan anqar göstərilib. Orada, sement bünövrənin üstündə quraşdırılan konstruksiyanın tərkib hissələri aydın görünür.

Anqarın sxemi

Örtülərə gəldikdə onu qeyd etmək lazımdır ki, onlar – instruksiyada təsvir edilmiş sxemə uyğun olaraq modullardan quraşdırılan hazır yığma konstruksiyadır. Buna baxmayaraq, burada da layihə lazım ola bilər.

Məsələ burasındadır ki, hazır yığılmış örtü, örtülərin kompozisiyasında bir vahid modul ola bilər, yəni daha geniş sahəni örtmək, müəyyən məkana kölgə salmaq, şəhərsalma məsələrində üslublu yanaşmanı yaratmaq və sair məqsədlər üçün müxtəlif həndəsə formalarında örtülərin kompleksini təşkil etmək olar. Örtülərin öz aralarında belə uyğunluğu nəinki fərdi, həm də kollektiv istək və tələblərə uyğun praktiki istifadənin sərhədlərini genişləndirən variant müxtəlifliyini bəri başdan təmin edən konstruksiya universallığının sayəsində nail olunur. Beləliklə, təkcə bir avtomobil üçün yox, onlarla hərəkət vasitəsi üçün nəzərdə tutulan bütöv parkinq təmin etmək olar. Və ya örtülərin uzununa və köndələn kombinasiyasını quraraq stolların üstündə yerləşdirib təkrarolunmaz modernist çalarlı yay restoranını təşkil etmək olar. Sonra örtüləri, dükanların qabağında satılan meyvə və tərəvəzı təravətli saxlamaq məqsədilə onlara kölgə salmaq üçün onların üstündə bir sırada yerləşdirmək olar.

Avtomobillər üçün örtülər (karportlar)

Xülasə, örtü məsələsini layihələşdirib lazımlı həllini tapmaq üçün vüsət var.