Örtülər

Divar örtüləri
Təsvir

Divar örtüləri

Divar örtüləri

Öz unikal xüsusiyyətlərinin sayəsində polikarbonat elm və texnikanın ən müxtəlif sahələrində öz geniş tətbiqini tapmışdır. Polikarbonat, həmçinin məişətdə və gündəlik həyatda tez-tez təsadüf edilən materialdır, əsas etibarı ilə dözümlü, yüngül, xüsusi diqqət tələb etməyən və ultrabənövşəyi şüaları və infraqırmızı şüalanmanı filtr etmək bacarığına malik olduğu üçün. Polikarbonatın yuxarıda sadalanmış keyfiyyətləri, sadəcə olaraq, ondan örtünün konstruksiyalarında əsas material kimi istifadə olunmasını müəyyənləşdirdi. Həqiqətən, polikarbonat çox dözümlüdür və eyni zamanda yüngül və elastikdir. Bu da müvəffəqiyyətin əsas şərtləridir – o, asanlıqla örtünün çərçivəsinin əyri profilinə montaj edilir və bununla iki texniki məqsədə nail olmağı təmin edir: konstruksiyanın maksimum sadələşdirilməsi, bu da öz növbəsində onun çəkisinin yüngülləşdirilməsinə və əsas materiala qənaət edilməsinə, və son məhsulun – örtünün funksionallığının xeyli artırılmasına səbəb olur, buna görə də örtü ən sərt rejimdə – qızmar günəş, güclü külək, leysan yağış şəraitində istifadə olunmağa qadirdir. Əgər polikarbonatın həm də müdafiə filtri funksiyasına malik olduğunu nəzərə alsaq, onda örtü adicə kölgə yox, filtr edilmiş, bənövşəyi şüalardan 100%, infraqırmızı şüalanmadan 50% «təmizlənmiş» kölgə yaradır.

Örtünün şaquli müstəviyə – divar, çıxıntı, dayaq və sairəyə rahat və intuitiv sadə montaj texnikası – örtünü yaşayış və iş sahəsində əlçatılan müdafiə vasitəsi edir. Üstəlik, örtü özü ilə eksteryerə və ətraf görünüşə xüsusi bir estetik detal əlavə edir – o bunu əvvəla öz müxtəlifliyi, ikinjisi, əlvanlığı, üçünjüsü, ahəng və elegantlığında büruza verir. Həmçinin, örtünün xariji görkəmi ən yaxşı dizayner ənənələrinə uyğun şəkildə işlənib və bu imkan yaradır ki, biz onu, misal üçün, adət üzrə evin girişi üzərində qoyulan «günlük» kimi yox, girişi bəzəyən çox mühüm bir əlavə kimi qəbul edək. Hələ biz onun bağlardakı skamyalar, bankomatlar, telefon apparatları, şəhər danışıq məntəqələri, küçələrdəki pərakəndə satış obyektlərində istifadə variantlarından danışmırıq.

Ədalət naminə, polikarbonat örtülərin heç də az əhəmiyyət kəsb etməyən daha bir xüsusiyyətini qeyd etməyə dəyər. Əsas işıq axınının qabağını kəsmək hesabına kölgə yaradan və bu səbəbdən təkcə günün işıqlı vaxtı üçün yararlı olan ənənəvi tent və markizlərdən fərqli olaraq polikarbonat örtü işığın qarşısını almır, bu da örtünün gün ərzində xidmət vaxtını qaş qaralanadək uzadır. FURQAN şirkəti tərəfindən təqdim edilən örtülər universaldır – hava şəraitinin necə olmasından, ilin və ya günün hansı vaxtının olmasından asılı olmayaraq hər yerdə tətbiq oluna bilərlər.

Divar örtüləri
Divar örtüləri