Örtülər

Divar örtüləri
Polikarbonat

Divar örtüləriDivar örtüləri

Hal-hazırda FURQAN şirkəti, son zamanın nailiyyətlərini təcəssüm etdirən müasir örtüləri təqdim edir. Belə nailiyyətlərdən biri olan polikarbonatdır.

Polikarbonatlar, əla ölçü sabitliyi, şəffaflığın yüksək dərəcəsi, zərbəyə və yüksək temperatura davamlılıq, çox yaxşı optik və elektrik xassələrin kombinasiyası ilə səciyyələnən xüsusi termoplastik polimer qrupuna aiddirlər. Buna əlavə olaraq onlar – elastikdir, və başqa mühəndis termoplastiklərindən onunla fərqlənirlər ki, bu keyfiyyətlərin kombinasıyasını istifadəsinin geniş diapazonunda öz tələblərinə uyğun olaraq seçən mühəndislərə dizaynın azadlığını verir. Beləliklə, polikarbonatın istifadəsi, onun başlıca üstünlüklərinin yüksək göstəricələrinin tələb olunduğu məişət, sənaye (kimyəvi, elektron və sair), laboratoriya, reklam və başqa sahələrdə get-gedə genişlənir.

Polikarbonatın istifadəsinin məişətdə – mətbəx əşyaları və elektrik cihazlarında –genişlənməsinin səbəbi – onun, formanın sabitliyi ilə seçilən əla dielektrik (yəni, elektrik enerjisini keçirməyən) olmasıdır. Polikarbonat, temperaturun geniş diapazonunda öz keyfiyyətlərini saxlayır və vaxt keçdikcə kiçilmir. Qəlibləmənin temperaturu qədər qızdırıldığı təqdirdə formanın bir az kiçilməsi mümkündür, amma bu proses qurtarandan sonra polikarbonat, öz forma və həcmini sabit saxlamaq əla qabiliyyətini nümayiş etdirir. Odur ki, polikarbonat, elektrik texnikada işlədilməyə tam yarayır.

Polikarbonat, temperaturun təsirinə məruz qaldığı vaxt ərzində öz keyfiyyətlərini yaxşı saxlayır. Hətta polikarbonatın, yenidən işlədilməsi üçün tövsiyə edilmiş texnologiya və prosedurlara uyğun olaraq qəlibləndiyi, emal edildiyi və istehsal edildiyinə baxmayaraq nəticədə yüksək keyfiyyətli məhsul olacaqdır. Polikarbonat xammalının əsas texniki transformasiya üsulları:

– hazır məhsulun qəlibə tökülməsi,
– lövhə, borucuq və başqa müxtəlif profillərdə ekstruziya,
– polikarbonatın təbəqə (1-15 mm.) və plyonka (1 mm-dan nazik) formalarında ekstruziyasının nəticələri həm hazır məhsul kimi istifadə edilə bilər, həm də termoformasiya və əymə, burğu ilə deşmə, lazerlə kəsmə kimi ikinci istehsal əməliyyatları istifadə edilməklə başqa formalarda istehsal edilə bilər.

Belə olan halda heç bir xüsusi alət tələb olunmur və hazır elementlər parıltıya qədər cilalandırıla bilər. Polikarbonat, metal və ya ağacın emalı üzrə standart avadanlıqda və həmçinin metal üzrə adi alətlərlə emal edilə bilər. Öz unikal xassələrinin sayəsində polikarbonat çatlamadan və sınmadan emal edilə bilər.

Polikarbonat linzaların istehsal prosesi başqa materiallardan olan linzaların istehsalından fərqlənir. Xammalın sıxlaşdırılması üçün böyük sıxma qüvvəsi lazımdır. Lakin bunun nəticəsində məhsul, sərt və əyilməz olduğuna görə yox, əsas etibarilə çevik və davamlı olduğuna görə təzyiqə yaxşı tab gətirir və sınmır. Əslində, "gülləkeçirməz şüşə" adlanan meteriala oxşayan materialdan polikarbonat linzalar istehsal olunur.

Keçirilmiş sınaqlar detallara qədər dəqiq göstərdilər ki, tez hərəkət edən obyektin polikarbonat və ənənəvi plastik linzalarla toqquşduğu zaman nə baş verir. Çəkilmiş kadrlar yavaş-yavaş göstərildikcə tədqiqat nümayiş etdirdi ki, tez hərəkət edən obyekt plastik linza ilə toqquşanda onu sındırır və gözə çatır. Linzanın qırıntıları ətrafa uçub başqalarının gözlərini zədələyə bilərlər. Polikarbonat linza isə əksinə, eyni sürətlə uçan eyni obyektlə toqquşma zamanı əyildi, amma sınmadı. Odur ki, linzalar üçün ənənəvi materiallarla müqaisədə zərbəyə davamlı polikarbonat linzalar gözlüklərdə istifadə edilməsi üçün daha təhlükəsizdir. Buna əlavə olaraq, polikarbonat çatlamadan və tikə-tikə olmadan təkrar zərbələrə davam gətirir.

Polikarbonat linzalar, onları sındırmaq çətin olduğuna görə etibarlılıq, təhlükəsizlik və zərbəyə davamlılıq tələb olunduğu idman, uşaq və qoruyucu eynəklərdə istifadə edilirlər.

Onu da geyd etmək lazımdır ki, polikarbonat gün işığı yaxşı keçirir və plastiklərın əksər növləri ilə müqayisədə işıq keçirmə qabiliyyətinə görə ən yaxşı keyfiyyətlərə malikdir. Eyni vizual korreksiyanı təmin etmək məqsədilə polikarbonat linza üçün ənənəvi plastik linzaların istehsalına gedən materialla müqayisadə daha az material lazım olduğuna görə polikarbonat linzalar daha nazik və yüngüldür. Əlavə olaraq, onlar həmçinin ultrabənövşəyi və infra-qırmızı şüalardan qoruyurlar. Qaralmadan kremin gün şüalarının bədənə zərərli təsirinin qarşısını aldığı kimi polikarbonat gözləri ultrabənövşəyi və infra-qırmızı şüalardan müdafiə edir. Başqa cür plastik linzaların eyni qədər ultrabənövşəyi şüaları saxlamağı üçün xüsusi olaraq işlənib hazırlanmalıdırlar, lakin polikarbonat linzalar avtomatik olaraq qoruyurlar.

Polikarbonat, cırmaqlara davamlı layla hər iki tərəfdən örtülə bilər. Və istehsalçılar avtomatik olaraq onları örtürlər. Beləliklə, polikarbonat linzalar cırmaqlara da davamlıdır.

Polikarbonatın yuxarıda qeyd olunan keyfiyyətlərinin hamısı onun istifadəsinin genişliyini təmin etmişdilər: günəşdən qoruyucu və qoruyucu linzalar, qoruyucu şüşələr, avtomobil faraları, kompakt-disklər, laboratoriya avadanlığı, heyvanlar üçün tədqiqat inkubatorları, zərbəyə davamlı pəncərələr, içkilər üçün şüşə, işarələr, displeylər, posterlər üçün qoruyucu ekranlar, şəffaf dam örtüyüdür. Polikarbonat həmçinin astronavtların qoruyucu şlemlərində və kosmik gəmilərdə istifadə edilir.