Dam sistemləri

KATEPAL çevik çerepisası və dam aksessuarları
Təsvir

KATEPAL çevik çerepisası və dam aksessuarları

Katepal OY – Finlyandiyada dam məhsullarının aparıcı istehsalçılarından biridir. 1969-cu ildən Katepal OY, daşın möhkəmliyi və müasir bitumun çevikliyini birləşdirən elastik dam materialı olan bitum çerepisanı istehsal edir.

Katepal lövhələri elastik olduğuna ğörə, müxtəlif relyefli damları örtə bilər. Onlar həm düz, həm də qabarıq, günbəz formasında olan damlara eyni dərəcədə yaxşı yarayır.

Katepal lövhələrinin əsası – hər iki tərəfdən yüksək keyfiyyətli bitumla örtülmüş qalın toxunmamış şüşəli kətandır. Yuxarı qat – bozarmağa davamlı müxtəlif rəngli xırda daş dənəcikləridir. Dənəciklər, materialın uzunmüddətli xidmətini təmin edərək mexaniki və iqlimi təsirlərdən qoruyurlar.

Lövhənin aşağı səthi, sayəsində montaj prosedurasının kifayət qədər asanlaşdığı yüksək keyfiyyətli modifikasiya edilmiş bitumdan olan bütöv özüyapışan laydır.

Katepal dam lövhələrinin xüsusi həndəsi forması, həm rütubətə məruz qala biləcək yerləri və mıxları tam örtən dam lövhələrinin bir-birinin üstünə qoyulduğu xüsusi texnologiya üzrə montajın, həm də estetikanın məqsədlərinə xidmət edir. Nəticədə damın 100% hermetizasiyası təmin edilir.

Katepal dam lövhələrinin qoyulma prosedurası asan və təhlükəsiz olaraq xüsusi alətləri tələb etmir. Katepal dam lövhələri, qabaqcadan hazırlanmış hamar səthə sonradan dam mıxları ilə bərkidilən özüyapışan üsulla oyuq-daraq sistemi üzrə qoyulur.