Şirkət haqqında

FURQAN - sadəcə mal və xidmət realizasiya edilməsındə yox, həmçinin dam, yaşayış, sahə, saxlama, qoruma və istehsalat gigiyenası məsələlərinin kompleks həlli olan kommersiya təklifləri təqdim etməkdə öz vəzifəsini görən özəl şirkətdir. FURQAN şirkətinin fəaliyyəti aşağıda sadalanan istiqamətləri əhatə edir:

– damın inşaatı, təmiri və texniki baxışı sahəsində ixtisaslaşma;

FURQAN şirkəti, metal çerepisanın istehsal sahəsində birinci olan KAMI ROOFING SYSTEMS İsveç şirkətinin rəsmi distribyutoru, hündür profilli və ikili sukeçirən qanovlu metal çerepisanı istehsal edən Finlyandiyanın POIMUKATE, çevik bitum çerepisanın istehsalçısı olan Finlyandiyanın KATEPAL, özüyapışan əsası olan dam germetikasını istehsal edən Almaniyanın D-TACK şirkətlərinin dileridir.

– müəyyən yaşayış və iş şəraitlərinin yaradılması;

FURQAN şirkəti, yaşayış, xidməti, anbar və sair təyinatlı müxtəlif modul qurumların istehsalında ixtisaslaşan Türkiyənin ÜÇE MÜHENDİSLİK şirkətinin distribyutoru olaraq modul ev, Ekovilla, anqar, anbar, yaşayış, xidməti və sanitar konteynerlərin realizasiyasını və montajını həyata keçirir.

- çoxməqsədli örtülərin realizasiyası və montajı;

FURQAN şirkəti, alüminium modullarla polikarbonatın ahəngdar kombinasiyasından ibarət SKIATSU Yapon şirkətinin istehsalı olan ortülər kimi Azərbaycanda eksklyuziv kommersiya təklifini təqdim edir.

Təqdim edilmiş kommersiya təkliflərinin universallığı, FURQAN şirkətinə onları həm öz zövqü və istəyi olan individual istehlakçıya, həm də peşəkar tələb və standartları olan iqtisadiyyatın müxtəlif sektorlarına aid subyektlərin ehtiyaclarına yönəltməyə imkan verir.