Dam sistemləri

KAMİ metal çerepisası və dam aksessuarları
Təklif olunan həllərin müxtəlifliyi

KAMİ metal çerepisası və dam aksessuarları PLEGEL

1. PLEGEL – KAMİ-nin sonradan klassika olmuş ilkin məhsuludur. Tərixdə təbii çerepisaya oxşayan böyük uzunluğu olan ilk dam polad təbəqəsidir. Təbəqənin hamar səthi göz oxşayan müxtəlif rəngdə mat poliesterlə (poliefir boya) örtülür. Metal çerepisa ətraf mühitə və landşafta əla uyğun gəlir və öz nəcib görünüşü ilə razılıq və rahatlığın hissini aşılayaraq hər hansı tikiliyi estetik olaraq tamamlayır və bəzəyir.

Texniki parametrlər
Material:
Yüksək temperaturda sinklə galvanizasiya edilmiş polad
Səth:
Mat poliester, hamar səth
Materialın qalınlığı:
0,5 mm.
Montaj bucağı:
10 – 90°
Çəki:
4,5 kq/m2
Metal çerepisanın modulunun uzunluğu:
350 mm.
Dalğa pilləsinin hündürlüyü:
13 mm.
Dalğanın eni:
202 mm.
Dam təbəqəsinin uzunluğu:
6-modulluq: 2200 mm.
9-modulluq: 3250 mm.
Dam təbəqəsinin eni:
1080 mm.
Temperaturlara davamlıq:
–40°-dən +120°C-yə qədər

KAMİ metal çerepisası və dam aksessuarları TerraPLEGEL

2. TerraPLEGEL - PLEGEL-in modifikasiyası olaraq superqoruyucu kvars qumlu abraziv səthə malikdir. Bu səth, iki poliester layı ilə nəinki dekorativ məqsədlər, həmçinin materialın əlavə müdafiəsi, yağış vaxtı yaranan səsin batırılması və damın cari istifadəsi zamanı onun üstündə təhlükəsiz yerimə üçün köhnəlməyə qarşı son dərəcə davamlı kombinasiyanı əmələ gətirir. Metal çerepisanın səthi dörd dəfə emal edilir və 250°C temperaturda sobada saxlanılır. Bu istehsal prosesinin nəticəsində metal çerepisanın səthi son dərəcə möhkəmlik və davamlılıq keyfiyyətlərini alır.

Texniki parametrlər
Material:
Yüksək temperaturda sinklə galvanizasiya edilmiş polad
Səth:
Kvars qumlu səth, poliester
Materialın qalınlığı:
0,5 mm.
Montaj bucağı:
10 – 90°
Çəki:
5,5 kq/m2
Metal çerepisanın modulunun uzunluğu:
350 mm.
Dalğa pilləsinin hündürlüyü:
13 mm.
Dalğanın eni:
202 mm.
Dam təbəqəsinin uzunluğu:
6-modulluq: 2200 mm.
9-modulluq: 3250 mm.
Dam təbəqəsinin eni:
1080 mm.
Temperaturlara davamlıq:
–40°-dən +120°C-yə qədər